top
Xan kəndinə qayıdır: Xankəndi Azərbaycana qovuşdu! - VİDEO
16 oktyabr 2023, 07:50
- ↺ +

Xan kəndinə qayıdır: Xankəndi Azərbaycana qovuşdu! - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xankəndi oykonimi “xana məxsus olan kənd” anlamını daşıyır. Buna səbəb isə kəndin XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın şəxsi mülkü olması idi. Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra, 1805-ci ildən İbrahimxəlil xan burada ailəsi ilə birgə yaşayırdı. 1806-cı ildə, İbrahimxəlil xanın öldürülməsindən sonra Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu Xankəndini özünə yaşayış yeri kimi seçdi.

Xankəndi Rusiya imperiyasının tərkibində olan zaman kazakların yaşadığı kəndə çevrildi. Kəndin azsaylı əhalisi hərbi hissələri ərzaqla təmin edən azərbaycanlılar və ermənilərdən ibarət idi. 1847-ci ildə Xankəndidə əvvəllər Şimali Qafqazda yerləşən rus Sunjenski alayı yerləşdirildi və sonradan çar Rusiyası hökuməti buranı öz hərbi düşərgəsinə çevirdi. 1886-cı ilin statistikasına əsasən, Xankəndidə 276 rus, 1 azərbaycanlı və 2 erməni yaşayırdı.

Amerikalı yazıçı Leonard Ramsden Hartilin 1928-ci ildə Xankəndidən olan erməni aqronomun xatirələri əsasında yazdığı “Men are like that” kitabında aşağıdakılar qeyd olunub: “Mənim adım Oqanus Apresyandır. 1892-ci ildə Azərbaycanın Şuşa qəzasının Xankəndi kəndində anadan olmuşam. Bu ərazinin əhalisini tatarlar və ermənilər təşkil edir. Sonuncular faktiki olaraq, tatar (türk) diyarı olan yerdə əcnəbilərdir. Onlar müsəlmanların sayca üstünlük təşkil etdiyi yerdə xristiandırlar”.

1905-1906-cı illərdə erməni-müsəlman qırğınları zamanı Xankəndinin azərbaycanlı əhalisi ermənilər tərəfindən qətlə yetirilmişdir. Qafqaz təqvimlərinin məlumatına əsasən, 1904-1912-ci illərdə kəndin əhalisinin əksəriyyətini ruslar təşkil etsə də, artıq 1915-ci ildə 1550 nəfər əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi.

1918-1920-ci illər Ermənistan-Azərbaycan müharibəsi zamanı Azərbaycan Cümhuriyyətinin hərbi hissələri Xankəndidə yerləşirdi.

Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra, 1923-cü ilin iyulunda Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Azərbaycanın Şuşa şəhərinin inzibati əhəmiyyətini azaltmaq məqsədilə 18 sentyabr 1923-cü ildə muxtariyyətin inzibati mərkəzi Şuşadan Xankəndiyə köçürülüb. Həmin il Xankəndiyə şəhər statusu verilib. Bu vaxtdan şəhərin əhalisini, əsasən, ermənilər təşkil edirdi. 1923-cü ildə Xankəndi bolşevik-daşnak lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. 8 avqust 1930-cu ildə mərkəzi Stepanakert şəhəri olmaqla eyniadlı rayon təşkil edildi.

18-20 sentyabr 1988-ci ildə azərbaycanlılar Xankəndidən qovulublar. 26 noyabr 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin tarixi adı - “Xankəndi” bərpa edilsə də, həmin ilin 28 dekabrında şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olunub.

30 ildən artıq Xankəndi Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejiminin mərkəzi olub. 19-20 sentyabr 2023-ci ildə Azərbaycan ordusunun 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın Xankəndi şəhəri üzərində suverenliyi bərpa edildi. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırdı.


 











View this post on Instagram























 

A post shared by insanoid (@_insanoid_)


Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Bu gün, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Bu gün, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Yerli xəbərlər
Bu gün, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi - VİDEO

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Oxşar xəbərlər