“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb. Bu barədə 21 dekabr tarixində İnsanoid xəbər verir.
Topa ilk toxunuşu Prezident İlham Əliyev edib. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
Qeyd edək ki, Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.