Xankəndidə növbəti dəfə çox sayda silah-sursat tapılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 5 ədəd avtomat silahı, 4 ədəd qumbara, 1 tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb.