Xırdalanda daha bir nəfər küçə itlərinin qurbanı olub. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 22 iyun tarixində xəbər verir.
Baş vermiş hadisə ilə bağlı yayılan görüntülərdə şəhərin dar küçələrindən biri ilə hərəkət edən qadın küçə itlərindən ibarət sürüyə rast gəlir. Həmin an itlərdən biri heç bir reaksiya vermədən yoluna davam edən qadına hücum edərək onu yaralayır.
Xoşbəxtlikdən bu zaman digər itlər qadına hücum çəkmir. Lakin o, hücumdan ciddi yara alır.