Abşeronda avtomobil qəzası baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 10 oktyabr tarixində xəbər verib.
Əfsər Hacıyevin idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Ziyad İsmayılovun idarə etdiyi "VAZ 21902" markalı avtomobil toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ziyad İsmayılov xəstəxanada ölüb.
Araşdırma aparılır.