Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqının üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
Xəbəri onun oğlu yayıb. O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.
Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.
Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. O, “Adını demədi”, “Fətəli fəthi”, “Ailə sirləri” və s. əsərlərin müəllifidir.