Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 5 yanvar tarixində xəbər verir.
Öncə "Mercedes" markalı minik avtomobili yük maşınına çarpılıb. Qəza nəticəsində 37 yaşlı Yevlax rayon sakini F.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Növbəti qəzada bir neçə nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı ciddi xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə zərər dəyib.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.