Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 16 oktyabr tarixində xəbər verib.
Hərəkətdə olan "KİA" markalı avtomobil idarəetmədən çıxaraq, öncə elektrik dirəyinə çarpılıb, daha sonra aşıb.
Qəza nəticəsində Yevlax rayon sakinləri - 32 yaşlı Ələddin Verdiyev və 29 yaşlı Rəvan İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.