Yevlaxda ikimərtəbəli evdə yanğın baş verib. Bu barədə İnsanoid 19 iyul tarixində FHN-ə istinadən məlumat verir.
Ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan divar kağızı qarsalanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Yanğın söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub.