Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 6 oktyabr tarixində Apa.az məlumat verib.
Hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb. Rafiq Hüseynovun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq, maneəyə dəyərək aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 66 yaşlı Eyvaz Abbasov hadisə yerində ölüb.
Faktla bağll cinayət işi başlanılıb.