Yevlaxda narkotik və oğurluğa görə 4 nəfər saxlanılıb. Bu barədə 17 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar: Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar.
Onlardan ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar edilərək götürülüb.
Digər bir əməliyyat zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb. Onun rayonun Əkşəm kəndində yerləşən fərdi yaşayıṣ evindən nağd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurduğu məlum olub.
Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.