Respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.
Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində müvafiq icazəverici sənədləri olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.