Yevlaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Bu barədə İnsanoid bu gün, 29 avqust tarixində Report-a istinadən xəbər verir.
Hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili ilə kiçiktutumlu yük maşını toqquşub.
Qəza nəticəsində yük maşınının sürücüsü, Ağsu rayon sakini, 32 yaşlı Ramal Hüseynov və "Hyundai" markalı avtomobildəki sərnişin, Sumqayıt şəhər sakini, 66 yaşlı Kəfayə Bənnayeva xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. "Hyundai" markalı avtomobilin sürücüsü üçün qəza xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.