“Zərərvericilərə qarşı inteqrir mübarizə üsulları: buğda, arpa, yonca və pambıq bitkiləri” mövzusunda təlimçilər üçün təlim keçirilib. Onlayn tədbir “ECOserve” proqramı çərçivəsində təşkil olunub. Bu barədə 13 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Təlimin məqsədi zərərvericilərə qarşı mübarizə sahəsində çalışan şəxsləri zərərvericilərə qarşı mübarizə metodları haqqında məlumatlandırmaq olub.
Tədbirdə 26 nəfər mütəxəssis iştirak edib. Layihənin növbəti mərhələsində iştirakçılrın əldə etdiyi bilik və məlumatların fermerlərə çatdırılması nəzərdə tutulub.
“ECOserve” regional proqramı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra edilir. Bu proqram təbii ehtiyatların qorunması və davamlı istifadəsinə yönəlib.