Zabrat, Sabunçu və Ramana qəsəbələrində yolların əsaslı təmiri üçün 450 min manat ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 450 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.