Zəlzələnin baş verdiyi gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunublar.
Bu barədə 14 fevral tarixində Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat verib.
“Zəlzələ bölgəsində yaşayan və ya müvəqqəti məskunlaşan, Azərbaycan Respublikasına təxliyə olunmaq niyyətində olmayan vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, zərər görmüş əraziləri tərk etmək istəyənlər üçün müvafiq vilayətlərdə jandarma bölmələri tərəfindən təxliyə məntəqələri yaradılmışdır (Təxliyənin həyata keçiriləcəyi yerlərin siyahısı əlavə olunur). Bu məntəqələrə müraciət edənlərin Türkiyənin təhlükəsiz bölgələrinə təxliyəsi Türkiyənin aidiyyəti qurumları tərəfindən ən uyğun hesab edilən vasitələrlə təmin edilir”, - məlumatda qeyd olunub.