Zəngilanda hərbi sursatlar aşkar edilib. Bu barədə 27 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayonun Beşdəli kəndi ərazisində 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar edilib. Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.