Zaqatalada sürücü piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində 25 yaşlı piyada İbrahim Daşdəmirovu vurub hadisə yerindən qaçan "VAZ-2106" markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bu haqda Şəki regional qrupundan məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır