Zaqatalada qanunsuz ov edən şəxslər aşkarlanıblar. Bu barədə 12 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri - Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.
Onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.