Zərdab rayonunda avtomobilin ağaca çarpılması nəticəsində ölən və xəsarət alan var. Bu barədə Report 6 dekabr tarixində xəbər verib.
Rayonun Qaravəlli kəndində yaşayan Umarov Əmrah Vüqar oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Zərdab şəhərinin Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək zərblə yol kəsişməsində olan ağaca dəyib. Nəticədə sərnişin Əliyev Raul Əziz oğlu hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.