2025-ci ildə Yamayka təmsilçisi Qabriel Henri podiumdakı dəlikdən yıxılıb: qızın sözlərinə görə, o, beş metr hündürlükdən texniki avadanlığın üzərinə düşüb. Parlaq işıqlar səbəbindən görünməyən bu təhlükəli boşluq modelin ağır xəsarətlər almasına səbəb olub.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, müalicəsi hələ də davam edən Qabriel güclü baş və bel ağrılarından əziyyət çəkdiyini bildirərək tibbi xərclərin ödənilməsini, mənəvi zərərə və itirilmiş qazanca görə kompensasiya tələb edir.
"Miss Universe" təşkilatı isə məsuliyyətin yerli təşkilatçıların üzərinə düşdüyünü, üstəlik hadisədən dərhal sonra xəstəxana, yaxınlarının bilet və təxliyə xərclərini ödədiklərini bildirib.