Oktyabrın 1-dək “CheckApp” mobil tətbiqində COVID-19 pasportu, immunitet sertifikatı və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər. Bu haqda sentyabrın 2-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Həmçinin vətəndaşlar “myGov” tətbiqində şəxsi kabinetlərinə daxil olaraq lazımi sənədləri telefona yükləyə bilərlər.