11 yaşlı azərbaycanlı ifaçı Kamilla Məmmədzadə ölkəmizi "Little Miss & Mister United World" beynəlxalq mədəniyyət və istedad festivalında təmsil edəcək. Tədbir 25-30 mart tarixlərində EXPO 2020 Dubay çərçivəsində keçiriləcək. Bu haqda Sputnik Azərbaycan məlumat yayıb.
Festivala Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdən 4 yaşdan 16 yaşa qədər olan 70 iştirakçı qatılacaq. Təmsilçimiz Dance (“Rəqs et”) mahnısı ilə çıxış edəcək.
Qeyd edək ki, Kamilla Bakı Oksford Məktəbində oxuyur. O, artıq 2021-ci ildə Türkiyədə keçirilən "Golden Star Kids International" beynəlxalq müsabiqəsinin qalibi olmaqla yanaşı, layihənin Qran-prisini də qazanıb.
Bundan əlavə, gənc müğənni martın 23-də “Four Seasons” hotelində keçiriləcək “Global Woman Awards” mükafatına namizədlərdən biridir.