Azərbaycanda son sutka ərzində 13 nəfər koronavirusa yoluxub. Bu barədə aprelin 29-da Operativ Qərargahdan məlumat verilib.
16 nəfər müalicə olunaraq sağalıb, ölüm qeydə alınmayıb. Aktiv xəstə sayı 105 təşkil edib.
COVID-19 əleyhinə 4 026 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 645 649 təşkil edib.
[gallery columns="1" size="full" link="file" ids="45423"]