MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə ingiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini, 13 yaşlı İbrahim Zeynalovu İngiltərəyə oxumağa göndərəcək. Bu barədə Marja.az 10 mart tarixində xəbər verir.
Məlumatda qeyd olunur ki, hazırda İ.Zeynalovun səfəri üçün lazımi tədbirlər görülür.
“MÜSİAD Azərbaycan olaraq MÜSİAD İngiltərə ilə birgə balaca həmyerlimizin dil qabiliyyətini daha da təkmilləşdirmək üçün İngiltərəyə yay məktəbinə göndərəcəyik” – deyə məlumatda bildirilir.
Qeyd edək ki, İ.Zeynalov Qubanın ucqar dağ kəndlərindən olan Xınalıqda doğulub və o, hazırda valideynləri ilə orada yaşayır.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Qubanın Xınalıq kəndindən olan İbrahimin polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.
13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.