Azərbaycanda son sutka ərzində 15 nəfər koronavirusa yoluxub. Bu barədə aprelin 15-də Operativ Qərargahdan məlumat verilib.
27 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb. Aktiv xəstə sayı 163 təşkil edib.
Son sutkada COVID-19 əleyhinə 7 549 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 582 353 təşkil edib.
[gallery columns="1" size="full" ids="42733"]