2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin isə 28 milyard 974 milyon manat olacağı proqnozlaşdırılıb. Bu haqda 8 sentyabr tarixində Maliyyə Nazirliyinin dərc etdiyi icmalda məlumat verilib.
Gəlirlərin 52,4%-i neft sektorunun, 47,6%-i isə qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir. Neftin bir barelinin qiyməti 45 dollara bərabər götürülüb.
Dövlət büdcəsinin xərclərinin 15,5%-i müdafiə və milli təhlükəsizlik, 12,91%-i təhsil, 12,37%-i sosial müdafiə və sosial təminat, 4,98%-i səhiyyə, 3,4%-i isə kənd təsərrüfatı sektorlarının payına düşəcək.
2021-ci ilin dövlət büdcəsi ilə müqayisədə təhsil sektoruna 12,4%, kənd təsərrüfatına isə 4,4% çox vəsait ayrılacaq.