Son sutka ərzində Azərbaycanda 645 nəfər koronavirusa yoluxub.
Yanvarın 12-də Operativ Qərargahdan verilən məlumata görə, 577 nəfər sağalıb, 9 nəfər vəfat edib.
Ölkədə son sutkada COVID-19 əleyhinə 31 455 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 190 347, vaksinin hər iki dozasını qəbul edənlərin sayı 4 703 255, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 669 018 nəfər təşkil edib.