Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Azərbaycana 600-dən artıq avadanlıq verilib. Bu haqda aprelin 7-də Trend məlumat yayıb.
Yerli qurumlarımıza 300 peyvənd soyuducusu, 122 portativ peyvənd daşıyıcısı verilib. Həmçinin rəqəmsallaşma və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə 102 kompüter, 79 printer və 79 enerji qaynağı cihazı təqdim edilib.
Qeyd edək ki, 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Bu tarix ÜST-ün yaranması ilə bağlıdır. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.