Yay mövsümündə açıq havada istirahət etmək istəyənlər üçün İnsanoid 5 məkanı araşdırıb təqdim edir:
Şəhərdən çox uzaqlaşmadan dincəlmək istəyirsinizsə, o zaman Binədə yerləşən “Balıqlı Göl”-ə üz tuta bilərsiniz. Əraziyə giriş - 5 AZN-dir. Sadə masanın kirayəsi - 5 AZN, taxta söhbətgahın kirayəsi isə 30 AZN təşkil edir. Balıq ovu etmək istəyən şəxslər isə 1 kiloqram tutulmuş balığa görə 10-15 AZN ödəməlidir. Limit 3 kiloqramdır. Həmçinin siz burada piknik təşkil edə bilərsiniz.1 dəqiqə kvadrosikl sürməyin qiyməti 1,5 AZN, velosiped sürməyin 10 dəqiqəsi - 2 AZN, katamarandan istifadənin 15 dəqiqəsi isə - 5 AZN-dir. Kabab üçün şiş, piknik üçün boşqablar ədədi 0,50 - 1 AZN-dir.
[gallery columns="1" size="full" link="file" ids="52070"]
Vəhşi təbiətlə yaxından tanış olmaq və “Off-Road” macəralarını yaşamaq üçün Şamaxıda yerləşən “Safari park”-a gələ bilərsiniz. “Off-Road” turları həftənin 7 günü təşkil edilir. 4 nəfərlik maşının icarəsi 100 AZN, 6 nəfərlik maşının icarəsi isə 150 AZN olacaq. Həftəsonu və bayram günləri burada avtobus turları mövcuddur. Avtobus turunun qiyməti böyüklər üçün 20 AZN, tələbələr üçün 10 AZN, məktəblilər üçün 5 AZN, məktəbəqədər uşaqlar üçün ödənişsizdir. “Safari Park” Şamaxının Pirqulu dağ meşə massivində yerləşir.
[gallery columns="1" size="full" link="file" ids="52071"]
Ölkəmizdə dağçılıq və ekstremal idman növlərindən biri də “Haykinq” turlarıdır. Turlar İsmayıllının Mücü kəndinin Fit dağı, Astaranın Sim kəndində yerləşən Sim şəlaləsi, Göygöl və Daşkəsən rayonlarını birləşdirən Əzgilli kəndi, Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağı istiqamətində təşkil olunur. Qiymətlər turların istiqamətindən asılı olaraq dəyişir və ortalama 45 AZN olacaq.
[gallery columns="1" size="full" link="file" ids="52072"]
Atıcılıq üçün “Gabala Shooting Club”-a üz tuta bilərsiniz. Burada snayper, stend atışı, tir və oxatma mövcüddur. 1 snayper atışı - 4 AZN, 1 Stend atışı - 2 AZN, 10 tir atışı - 5 AZN və 10 ox atışı - 10 AZN olacaq. Atıcılıq mərkəzi Qəbələnin Həmzəli kəndi ərazisində yerləşir. Burada qalmaq istəyənlər villa və kotteclərdə də istirahət edə bilərlər.
[gallery size="full" columns="1" link="file" ids="52073"]
İsti yay günlərində şəhərin səs-küyündən uzaqlaşmaq üçün Qusar – Ləkər yolunun üzərində yerləşən meşədə xüsusi istirahət zonası – “Terrenkur”-a üz tuta bilərsiniz. Terrenkur - sağlamlıq cığırı anlamına gəlir. Burada meşənin içində 2 500 metr uzunluğunda çəkilmiş sağlamlıq cığırı ilə gəzişmək, velosiped sürmək, yaxud piknik təşkil etmək mümkündür. Giriş ödənişsizdir. Ətraflı məlumatı Quba Turizm İnformasiya Mərkəzindən əldə etmək olar. Əlaqə nömrəsi: +99423 335 6465
[gallery columns="1" size="full" link="file" ids="52074"]