Azərbaycan kinoteatrlarında “Lamborghini” avtomobil markası barədə film nümayiş olunur. Bu barədə İnsanoid 26 noyabr tarixində xəbər verir.
Dünyada öz sürəti və dizaynı ilə səs salan brendin yaranması və inkişafı barəsində olan ekran işi artıq iki gündür ki, izləyicilərə təqdim olunur.
İtalyan lüks idman avtomobil şirkətinin qurucusu Ferruccio Lamborghini karyerasına İkinci Dünya Müharibəsindən qalma hərbi texnikadan hazırlanmış kənd təsərrüfatı texnikalarının istehsalı ilə başlayıb. Daha sonra o, Lamborghini superavtomobillərinin yaradılması və realizasiyası üzərində çalışır və bu, onun həyat məqsədinə çevrilir.
Filmin süjeti Lamborghini-nin yaranmasından ən azı 1970-ci illərə (yəni "supercar" ikonası Lamborghini Countach-ın təqdim olunduğu vaxt) qədər olan tarixi əhatə edir.
Ekran əsəri yalnız CinemaPlus kinoteatrlar şəbəkəsində nümayiş edilir.