İyulun 16-da Astaranın Hamoşam kəndində “Bİ” Yaylaq Festivalı keçiriləcək. Bu barədə Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev məlumat verib.
Festival saat 11:00-da başlayacaq və axşam saatlarına kimi davam edəcək. Giriş pulsuz olacaq, xidmət sahələri (kafe, mağazalar, çay evləri) isə münasib qiymətə fəaliyyət göstərəcək.
Tədbirdə yaylaq həyat tərzini özündə ehtiva edən at yarışmaları, müxtəlif folklor nömrələri, etnoqrafik mədəniyyət nümunələri və idman oyunları nümayiş olunacaq. Həmçinin festivalda milli və talış mətbəxinin təamları təqdim ediləcək.
Gecələmək istəyənlər özləri ilə çadır gətirə və ya yaylaqdan 5 kilometr aşağıda kottec evləri bron edə bilərlər. Festival haqqında ətraflı məlumat üçün linkdən istifadə etmək olar.
Qeyd edək ki, “Bİ” yaylağın adıdır və talışca “soyuq”, “sərin” mənasını verir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, 60 hektarlıq düzən ərazidə yerləşir.
View this post on Instagram