Astarada qadın qətlə yetirilib, keçmiş əri şübhəli bilinir. Bu barədə Report 13 mart tarixində məlumat verib.
Hadisə rayonun Maşxan kəndində baş verib. İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Qadının keçmiş əri, 1993-cü il təvəllüdlü Yusif Verdiyev hadisəni törətməkdə şübhəli bilinir.
Onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.