Mayın 12-də İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı yarışmasının ikinci yarımfinalı baş tutub.
Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” ifası ilə 4-cü nömrə altında çıxış edib. İştirakçılar arasında ən çox səs toplamış Azərbaycan və digər 9 ölkə müsabiqənin finalına vəsiqə qazanıblar.
Azərbaycanla yanaşı finala yüksələn ölkələr: Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya. Kipr, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya və San Marino təmsilçiləri yarışmanı tərk ediblər.
“Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi mayın 14-də baş tutacaq.