Azərbaycan Qırğızıstana humanitar yardım şəklində COVID-19 əleyhinə 40 min doza “AstraZeneca” vaksini göndərib. Bunu Qırğızıstanın Prezidenti noyabrın 12-də dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib.
“Qırğızıstanda qardaş Azərbaycan xalqının uğurlarına və nailiyyətlərinə həmişə şadıq. Bizə vaksin şəklində humanitar yardım göstərilməsinə görə sizə təşəkkür edirəm”, - deyə Sadır Japarov söyləyib.
Qeyd edək ki, Azərbaycan daha öncə Tacikistana 40, Özbəkistana isə 50 min doza peyvənd göndərmişdir.