Azərbaycana yeni növ koronavirus infeksiyasına qarşı 4 milyon 431 min doza vaksinin gətirilməsi nəzərdə tutulub. Bu barədə dekabrın 22-də AZƏRTAC-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, indiyədək ölkəyə COVID-19 əleyhinə 14 milyon 92 min 460 doza vaksin gətirilib.
Respublikada pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə “CoronaVac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer”, “Sputnik V” vaksinlərinin istifadəsi təmin edilir.
Ümumilikdə Azərbaycanda 11 097 316 peyvənd vurulub. Tam vaksinasiya olunanların sayı 4 milyondan artıqdır.