COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçiləri, yaşı 60-dan yuxarı olan vətəndaşlar və immun sistemi zəif olan şəxslərə 3-cü doza ilə peyvəndlənmə tövsiyə edilir. Bu haqda avqustun 25-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məlumat verib.
Bunun üçün vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, vaksinasiya üçün onlayn növbə götürə bilərlər.
COVİD-19 pasportu müddətsizdir və 3-cü dozanın vurulması onun müddətinə təsir etmir.