Azərbaycanda oğul evləndirmək, qız köçürmək kimi adətlər var. Bir atalar sözü yada düşür: “Qız qundaqda, cehizi sandıqda”. Maraqlıdır, müasir dövrdə bir qız köçürmək neçəyə başa gəlir?
Ana və ata cehiz üçün təxminən 10 000 manatdan çox pul xərcləməli olur. Bu ilin yanvar-dekabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 46 100 nikaha daxil olma qeydə alınıb.
Bu da cehizə təxminən 1 milyard manata qədər pul xərclənməyi göstərir.
Orta cehiz qiymət paketi:
Mətbəx:
- Mətbəx mebeli - 1500 AZN
- Soba - 280 AZN
- Qab-qacaq dəsti - 150 AZN
- Qaşıq-bıçaq dəsti - 30 AZN
- Qazan-tava dəsti - 55 AZN
- Stəkan/Fincan dəsti - 7 AZN
- Çaynik-çaydan dəsti - 20 AZN
- Ət çəkən, şirə çəkən, mikser, blender kimi mətbəx əşyaları - 200 AZN
Elektronika:
- Ütü - 30 AZN başlayaraq
- Paltaryuyan maşın - 400 AZN
- Tozsoran - 75 AZN
- Soyuducu - 399 AZN
- Televizor (81 diagonal) - 399 AZN
Ev tekstili:
- Pərdələr
- Mətbəx, yataq otağı, hamam, zal üçün xalı və kilimlər
- Hamam dəsti
- Böyük və kiçik dəsmallar
- Süfrələr
- Yataq örtükləri
- Digər xırda əşyalar - 1000 AZN və daha yuxarı.
Yataq və Qonaq otağı:
- Yataq dəsti - 1600 AZN
- Yumşaq mebel dəsti - 604 AZN
- Qonaq otağı dəsti - 3000 AZN
- Serviz (İran istehsalı 12 person) - 280 AZN
- Digər qab-qacaq - 400-1000 AZN arası
Qiymətlər elektronika üçün “Eurolux” və “Kontakt Home”, qonaq, yataq və yumşaq mebel qiymətləri isə “Embawood” mebel salonuna aiddir. Qab-qacaq “Karaca” mağazalarında, digərləri isə “Sədərək” ticarət mərkəzində olan qiymətlərdir.