Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncəyə səfər zamanı bildirib ki, Azərbaycanda hələ ki "Omicron" ştamına rast gəlinməyib. Bu haqda dekabrın 9-da Report məlumat yayıb.
Hande Harmancı bildirib ki, Azərbaycanda ən son “Delta” ştamı aşkarlanıb. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştama qarşı effektivdir: “I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir”.
H. Harmancı xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub. O qeyd edib ki, tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar.