Bu gün, yanvarın 10-da Azərbaycanda koronavirusun “omicron” ştamı aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Yeni ştam Azərbaycana xarici ölkələrdən gələn 12 nəfərdə aşkarlanıb.
“Virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır”, - məlumatda qeyd olunub.
Səhiyyə qurumları yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənməyə çağırır.
“Omicron” ştamı 2021-ci ilin sonlarından ABŞ, Böyük Britaniya, Rusiya, Gürcüstan, İsrail və digər 100-dən çox ölkədə yayılıb.