Cari ilin yanvar ayının 1-nə Azərbaycanda Instagram istifadəçilərinin sayı 4 073 400 nəfərə çatıb. Bu göstərici əhalinin 39,6%-ini təşkil edir. Bu barədə 12 yanvar tarixində APA məlumat yayıb.
İstifadəçilərin 62,8% kişilər, 37,2%-i isə qadınlardır. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə Instagram istifadəçilərinin sayı 17% və ya 593,4 min nəfər artıb.
Sosial şəbəkədən ən çox istifadə edənlər 25-34 yaş arası insanlardır.