Dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv Instagram istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir. Bu haqda APA məlumat yayıb.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə İnstagram istifadəçi sayı 21% və ya 708 400 nəfər artıb. İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır.
Facebook istifadəçiləri isə ölkə üzrə 5 230 100 nəfər təşkil edir, bu da ölkə əhalisinin 50,9%-dır. Ötən il ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 40,5% və ya 1 509 100 nəfər artıb. İstifadəçilərin 64,7%-i kişilərdən, 35,3%-i isə qadınlardan ibarətdir.
Sosial şəbəkələrdən ən çox istifadə edənlər 25-34 yaş arası olan insanlardır.