Avqustun 24-dən sentyabrın 5-nə kimi Tokioda keçiriləcək paralimpiadaya 35 idmançımız lisenziya qazanıb.
Onlardan 9-u paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si qaçış növündədir.
Rio-2016 15-ci Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır. Ölkəmiz yarışlarda 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanmışdır.