Azərbaycanlı gənc Emin Quliyev “Meta” korporasiyasında Baş proqram mühəndisi vəzifəsində işə başlayıb. Bu haqda o, aprelin 7-də Report-a məlumat verib.
Onun sözlərinə görə, fəaliyyətə başlaması münasibətilə ona “Meta”dan iki cüt corab hədiyyə edilib.
Soydaşımız Münhen Texniki Universitetini bitirib. O, bundan əvvəl “Microsoft”, “Amazon” və “Delivery Hero” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, ötən ilin oktyabrında Facebook-un adı Meta olaraq dəyişdirilib. Meta-nın çəmbərində “Facebook”, “Instagram”, “WhatsApp” və “Oculus” kimi alt şirkətlər yer alır.
[gallery link="file" columns="1" size="full" ids="41339"]