Azərbaycan “Dünyanın ən dadlı mətbəxləri” sıralamasında 37-ci yerdə qərarlaşıb. Bu, TasteAtlas saytının tərtib etdiyi siyahıda əks olunub.
50 ölkənin yer aldığı siyahıda birinci beş yeri İtaliya, Yunanıstan, İspaniya, Rumıniya və Fransa tutub.
[gallery link="file" columns="1" size="full" ids="51482"]
TasteAtlas dünyanın müxtəlif ölkələrinin milli mətbəxləri haqda məlumat verən qlobal veb səhifədir. Saytda fərqli ölkələrin ənənəvi yeməklərini göstərən interaktiv xəritə var. Burada Azərbaycana aid 33 təam göstərilir.
Sayt vaxtaşırı "Ən yaxşı ənənəvi yemək”, "Ən dadlı mətbəx", "Ən yaxşı ənənəvi yemək şəhəri" və digər kateqoriyalar üzrə reytinqlər paylaşır.
[gallery link="file" columns="1" size="full" ids="51478"]