Azərbaycanda 1 milyon 700 min manata mobil nömrə satılır. Bu barədə saytların birində elan yerləşdirilib.
Bununla bağlı 16 yanvar tarixində ATV reportaj hazırlayıb.
Belə ki, yerli saytların birində yerləşdirilən elanda mobil operatorlardan birinə məxsus nömrənin satış qiyməti fiziki şəxslər üçün 1 milyon 700 min manat, hüquqi şəxslər üçün isə 17 milyon manatdır.
Nömrənin sahibi Gəncə sakini olan İskəndər adlı şəxsdir.
“Bu, bir dənə nömrədir, bunun təkrarı yoxdur”, - nömrə sahibi bildirib.
Həmçinin o qeyd edib ki, satış qiymətinə endirim etməyəcək.