Azərbaycanda koronavirus infeksiyasına son sutkada 37 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə İnsanoid bu gün, 21 fevral tarixində xəbər verir.
14 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 395 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 145 nəfər müalicə olunaraq sağalıb, hazırda 128 aktiv xəstə var.
Azərbaycanda son sutkada 456 nəfər vaksinasiya olunub.