İyunun 1-i tarixinə Azərbaycanda 5,2 milyon nəfər Facebook, 4,1 milyon nəfər Instagram və 593 min nəfər Linkedin istifadəçisi qeydə alınıb. Bu haqda iyunun 28-də APA məlumat paylaşıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Facebook istifadəçilərinin sayı 22%, Instagram istifadəçilərinin sayı 14%, Linkedin istifadəçilərinin sayı isə 21% artıb.
Hər üç sosial şəbəkə üzrə istifadəçilər arasında kişilər üstünlük təşkil edir.
Eyni zamanda, sosial şəbəkələr üzrə ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan ibarət olub.