Dünya tarixində ilk dərin neft quyusu 1844-cü ildə qazma üsulu ilə Bakı mədənlərində qazılıb.
Dünyada ilk dəfə açıq dənizdə neft platforması Xəzər dənizinin Azərbaycan sektorunda salınan neft daşları platformasıdır.
Lütfi Zadə dünyada ilk qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. O, süni intellekt sahəsində müəssisənin ömürlük professoru seçilmiş yeganə şəxsdir.
Akademik Yusif Məmmədəliyev yüksək oktanlı benzin ixtira etmişdir. Onun ixtiralarına görə Nobel mükafatına layiq görülməsi üçün namizəd seçilməsi də müzakirə olunub.
Müsəlman dünyasında ilk dünyəvi qızlar məktəbi Azərbaycanda açılıb.
Dünya tarixində ilk dəfə Azərbaycanın Lerik rayonunda “Uzunömürlülər muzeyi” fəaliyyətə başlayıb.
Dünyada ilk Miniatür Kitab muzeyi də Azərbaycanda fəaliyyətə başlayıb.
Dünyada ilk dəfə olaraq ipəkdən “Quran-i Kərim” kitabını həmyerlimiz Tünzalə Məmmədzadə hazırlayıb.