“CNN Greece”də Azərbaycanın milli rəqsi “Yallı” barədə məqalə dərc olunub. Bu barədə iyunun 20-də Report məlumat yayıb.
Məqalədə “Yallı”nın xalqımızın xüsusiyyətlərinin rəmzi olduğu qeyd edilib: “Bu rəqs Azərbaycan xalqının keçmişinin, bu gününün və milli adət-ənənələrinin ifadəsidir”.
Vurğulanıb ki, əsrlər boyu nəsildən-nəslə ötürülən bu xalq irsinin indiyədək qorunub saxlanılması üçün böyük səylər tələb olunur. Eyni zamanda, ölkəmizdə “Yallı”nın “Köçəri”, “Üçayaq”, “Tello”, “Tənzərə” və “Qaladan-qalaya” daxil olmaqla mindən çox növü işıqlandırılıb.
Qeyd edilib ki, Naxçıvanın ənənəvi qrup rəqsləri (“Köçəri”, “Tənzərə”) UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.